« İnter Qaz Servis » Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikasının Neft və Qaz sahəsində 2008-ci ildən fəaliyyət göstərir.Bu , sahədə fəaliyyət göstərdiyi 4 il ərzində özünə inam və etibar qazandırmışdır.
Artıq yarım ildən sonra Bakı şəhərinin böyük qəsəbələrindən olan , Türkan , Binə və başqa qəsəbələrin qaz xəttlərinin çəkilməsi « İnter Qaz Servis » MMC-yə həvalə olunmuşdur.Bu qəsəbələrdə işlər yüksək keyfiyyət və profisionallıqla göründüyündən « Azəriqaz » İ.B –i tərəfindən Hacıqabul şəhərinin qaz Xəttlərinin çəkilişi və həmçinin Tovuz rayonunun və kəndlərinin qaz Xəttlərinin çəkilişi « İnter Qaz Servis » MMC-yə həvalə olunmuşdur.
Müəssisə « Qaradağsement » ASC-nin ərazisində təbii qaz xəttinin çəkilişinin layihəsini hazırlamış və həmin layihə əsasında təbii qaz Xəttini quraşdırmışdır.
Eyni zamanda « Qaradağsement » ASC ərazisində yanğından mühafizə CO2 qurğusunun işçi layihəsini hazırlanmış və göstəriş verildikdən sonra həmin qurğunun quraşdırma işləri həyata keçiriləcəkdir.
Hal hazırda bizim şirkət Tovuz rayonunun 17 kəndinə qaz xəttinin çəkilişi işlərin həyata keçirir .
Bunlarla yanaşı bu müddət ərzində « Məişət Maye Qaz » ASC-i tərəfindən də Maye Qaz Doldurma stansiyalarının yenidən qurulması, işçi layihələrinin hazırlanması və həmin işlənmiş layihələr üzərində yenidən qurma işləri təklifini qəbul etmiş və bunların öhdəsindən layigincə gəlmişdir.
Bu işlərin görülməsində elektrik qaynağından , qaz qaz qaynağından və arqon qaynağından istifadə olunur.
Müəssisə 1 və 2 məsuliyyətli bina və qurğularda qaz xəttlərinin texniki iqtisadi cəhətdən əsaslandırma və işçi layihələrinin hazırlanması lisenziyasına və həmçinin qaz xəttlərinin quraşdırılması üçün lisenziyaya malikdir.
Bizim şirkət yaranan gündən aşağıdaki göstərilən bəndlərə xüsusi diqqət yetirir.
1. Neft və qaz sahəsində 30 il təcrübəsi olan layihə-smeta mühəndisləri
2. Beynalxalq sertifikatlara malik olan elektrik-qaz qaynaqçıları və tikinti quraşdırma işləri üzrə mütəxəssislər
3. İstehsalatda əməyin mühafizəsinə və təhlükəsizliyinə
4. İşçilərin Avropa standartlarına uyğun sertifikatlara malik olan avadanlıqlarla və xüsusi geyimlərə
5. Tikinti-quraşdırma işləri zamanı ətraf mühütin mühafizəsinə və ekologiyaya.
Copyright © 2011 “İnter Qaz Servis” Rufat Valizadeh | Studio.Joy.az
